Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Xəzinədarlıq və Beynəlxalq Əlaqələr Departamentinin Mütəxəssisi

Razılaşma

Access Bank

Baxışların sayı: 44

Elan #12473

Şəhər
Bakı
Yaş
21 - 30 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
1 ildən aşağı
Elanın tarixi
06.05.2024
Bitmə tarixi
06.06.2024
Əlaqədar şəxs
HR
Kateqoriya
Bank
Alt kateqoriya
Kredit mütəxəssisi

İş barədə məlumat

• Yerli və xarici qiymətli kağızlar və pul bazarları üzrə təhlilin aparılması, əlverişli investisiya imkanlarının müəyyən edilməsi;
• Daxili qayda, siyasət və prosedurlara uyğun olaraq investisiya portfelinin idarə edilməsi;
• İlkin və təkrar bazarda əqdlərin icrası üçün broker və kontragentlərlə danışıqların aparılması;
• Bankın likvidlik proqnozunun hazırlanması, likvidliyin requlyator və daxili qaydalara uyğun olaraq effektiv idarə edilməsi;
• Xəzinədarlıq departamentinin fəaliyyəti üzrə dövri və xüsusi məqsədli (ad hoc) hesabatların və təqdimatların hazırlanması, təhlilllərin aparılması;
• Aktiv və Öhdəliklərin İdarə Olunması Komitəsinin iclaslarının təşkili;
• Xəzinədarlıqla bağlı qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi məqsədilə araşdırmaların aparılması.

Namizədə tələblər

• Maliyyə, mühasibat uçotu və ümumi iqtisadiyyat üzrə ali təhsil;
• Azərbaycan, rus və ingilis dilləri biliyi;
• MS Office proqramları ( xüsusilə MS Excel və MS Power Point) biliyi;
• Makroiqtisadi konseptlər və maliyyə bazarları üzrə biliklər;
• Təhlil bacarığı və detallara diqqətlilik;
• Komanda işi, təşəbbüskarlıq, effektiv ünsiyyət bacarıqları.

E-mail: cv@accessbank.az / info@finstaff.az