Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Maliyyə mütəxəssisi

800 - 1200 AZN

Supertoys MMC

Baxışların sayı: 125

Elan #12447

Şəhər
Bakı
Yaş
23 - 33 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
1 ildən 3 ilə qədər
Elanın tarixi
02.05.2024
Bitmə tarixi
02.06.2024
Əlaqədar şəxs
HR
Telefon
Kateqoriya
Maliyyə
Alt kateqoriya
Maliyyəçi

İş barədə məlumat

• Müəssisənin uzunmüddətli aktivlərinin, öhdəliklərinin siyahısına əsasən əmlak və öhdəliklərinin inventarizasiyasını təşkil etmək, nəticələri hazırlamaq;
• Şirkətin aylıq, rüblük və ya illik maliyyə hesabatlarının hazırlanmasının ilkin baxışa təqdim edilməsi, daha sonra Hesabatların məzmununun yoxlanılmaq və yekun nəticələrin hazırlamaq
• Maliyyə analizi üçün statistik və digər məlumatların toplanması və analizi;
• Maliyyə rəhbərinin, rəhbərliyin sorğularına əsasən maliyyə hesabatlarının analizi və müzakirəsi üzərində işləmək;
• Müştərilərə, rəhbərliyə və müəssisənin digər bölmələrinə maliyyə məlumatların təqdim edilməsi;
• Hesabatların hazırlanması və təqdim edilməsi prosesində maliyyə məlumatların düzgün və tam olmasının yoxlanılması və təmin edilməsi;
• Büdcə ilə bağlı məlumatların hazırlanması,İllik, rüblük və aylıq büdcə göstəricilərin yoxlanılması, izlənilməsi və təhlil edilməsi, problemlərin araşdırılması və aradan qaldırılması;
• Audit materiallarının hazırlanmasının koordinasiyası, maliyyə hesabatı, auditin fəaliyyətinə nəzarət və onların təklif və iradlarının araşdırılması;
• Şirkətin büdcəsinin və maliyyə proqnozlarının tərtibatının razılaşdırılması və dəyişikliklərin səbəbləri barədə hesabat verilməsi;
• Artıq/əskik xərclərin, faktiki gəlir və xərclərin təhlilinə dəstək;
• Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icra edilməsi.

Namizədə tələblər

• Müvafiq sahə ilə əlaqəli ali bakalavr təhsili (Magistr, MBA arzuolunandır);
• Əlaqədar sahə üzrə minimum 3 il iş təcrübəsi;
• Pərakəndə satış sahəsində təcrübəsi üstünlükdür.
• İFRS standartları üzrə beynəlxalq ixtisaslaşmalar üzrə sertifikatları olanlara (ACCA və s.) ustünlük veriləcək
• Hesabatlılıq üzrə bilikər və təcrübə, ERP sisteminin qrulmasında təcrübə üstünlükdür.

• Peşəkar səviyyədə Microsoft office proqramlarını (xüsusilə Excel) bilməli, Digər analitika proqram bacarıqları üstünlükdür.
• Yüksək analitik qabiliyyət və problem həll etmə bacarığı;
• Güclü ünsiyyət bacarığı, strateji düşünmə bacarığı;
• Təşəbbüskarlıq, dəqiqlik, operativlik, məsuliyyətlilik;
• Yüksək səviyyədə Azərbaycan dili biliyi, digər dillər üstünlükdür.
Əmək haqqı 800-1200azn
Müraciət etmək istəyən namizədlərdən öz CV-lərini mövzu yerində Maliyyə üzrə mütəxəssis yazaraq hr@supertoys.az / info@finstaff.az e-mail ünvanına göndərmələri xahiş olunur.