Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Risklərin idarə edilməsi üzrə aparıcı mütəxəssis

Razılaşma

Azertexnolayn

Baxışların sayı: 75

Elan #12420

Şəhər
Bakı
Yaş
25 - 35 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
3 ildən 5 ilə qədər
Elanın tarixi
30.04.2024
Bitmə tarixi
28.05.2024
Əlaqədar şəxs
HR
Telefon
Kateqoriya
Maliyyə
Alt kateqoriya
Digər

İş barədə məlumat

• Mütəmadi olaraq əməliyyat və maliyyə risklərinin qiymətləndirilməsində iştirak etmək;
• Risk limitlərinin müəyyən olunması və onlara riayət olunmasına daimi nəzarəti həyata keçirmək və pozuntular barədə dərhal məlumat vermək;
• Maliyyə və əməliyyat risklərinin qiymətləndirilməsini və təhlilini həyata keçirmək;
• Ekonometrik modellər vasitəsiylə reqressiya analizlərinin aparılması;
• Maliyyə hesabatlarının təhlil olunması və rasiyo analizlərinin aparılması ilə müvafiq risklərin müəyyən olunması;
• Qəp və müddət üzrə qəp analizləri, VAR təhlillərinin aparılması;
• Faiz dərəcə riski, xarici valyuta riski və kapital risklərinin qiymətləndirilməsi;
• Maliyyə riskləri üzrə stress testlərin aparılması;
• Ekonometrik və statistik risk modellərinin qurulması və proqnozların verilməsi.

İş şərtləri:
Struktur: Risklərin idarə edilməsi şöbəsi
İş rejimi: 5 gün 09:00 – 18:00
İş yeri: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1. Sumqayıt Kimya Sənaye Parkı

Namizədə tələblər

• İş təcrübəsi: Maliyyə və əməliyyat riskləri üzrə minimum 3 il;
• Təhsili/ixtisası: Ali təhsil (Statistika, Ekonometrika, Maliyyə, Riyaziyyat, Menecment, İqtisadi sahələr üzrə üstünlükdür);
• Bacarıqlar: MS office proqramları yüksək səviyyədə (Power BI biliyi olanlara üstünlük veriləcək), Python, R-studio, E-views və ya digər statistik proqramlardan birini istifadə etmə;
• Dil bilikləri: İngilis dili biliyi irəli səviyyədə bilmək;
• Fərdi keyfiyyətlər: Analitik düşünmə, analiz etmə qabiliyyəti, məlumat toplama və təhlil etmə, dəqiqlik, məsuliyyət, ünsiyyət qabiliyyəti, düzgün qərar vermə, etibarlılıq və şirkətə sədaqətlilik, komanda ilə işləmə, aktiv öyrənmə bacarığı (özünütəkmilləşdirmə), FRM, CFA sertifikatı olanlara üstünlük verilir.

Əlavə üstünlüklər: Nahar, telefon limiti və Bakı şəhərindən nəqliyyat servisi ilə təmin edilir. Qeyd edilən tələblərə uyğun gələn namizədlərdən CV-lərini Risklərin idarə edilməsi üzrə aparıcı mütəxəssis başlığı altında aqshin.quliyev@azertexnolayn.com/info@finstaff.az e-mail ünvanına göndərmələri xahiş olunur.