Namizədə tələblər
• Maliyyə, mühasibatlıq sahəsi üzrə ali təhsil
• Audit, risklərin idarə edilməsi, maliyyə və mühasibatlıq sahələri üzrə 2-5 il iş təcrübəsi
• Kompüter biliyi (Word, Excel, Power Point)
• Mükəmməl Azərbaycan dili, yaxşı rus və ingilis dil bilikləri
• Kollektiv ilə ünsiyyət bacarığı və komanda şəklində iş bacarığına malik olmaq;
• Detallara və xırdalıqlara diqqət;
• Nəticəyə istiqamətlənmə / fokuslanma;
• Güclü analitik bacarıqlar;
• Yüksək səviyyədə yazılı / şifahi ünsiyyət və münasibətlərin qurulması bacarığı;
• Eyni zamanda bir neçə göstərişləri həyata keçirmə bacarığı (multitasking);
• Stressin idarə edilməsi bacarığı;
• Müstəqil olaraq, rəhbərin birbaşa nəzarəti olmadan, qarşıya qoyulmuş göstərişləri vaxtı-vaxtında tamamlamaq bacarığı;
• Tez öyrənmə və uyğunlaşma bacarığı;
• İş ilə bağlı səyahət etmək imkanı.
Arzuolunandır:
Beynəlxalq Peşəkar Təcrübələr Çərçivəsi və Etik Məcəllə haqda kifayət qədər biliklər və anlayışlara malik olmaq;
Yerli və Beynəlxalq Mühasibat Uçotu standartları və müvafiq vergi qanunvericiliyi üzrə biliklər
Səhiyyə və ya dərman sənayesi şirkətlərində iş təcrübəsi.
E-mail:hrdepartment@zeytunpharma.az/info@finstaff.az