Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Korporativ Bank kanalları üzrə mütəxəssis / Baş mütəxəssis

Razılaşma

PASHA Insurance

Baxışların sayı: 80

Elan #12381

Şəhər
Bakı
Yaş
25 - 35 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
3 ildən 5 ilə qədər
Elanın tarixi
25.04.2024
Bitmə tarixi
21.05.2024
Əlaqədar şəxs
HR
Telefon
Kateqoriya
Bank
Alt kateqoriya
Digər

İş barədə məlumat

PAŞA Sığorta ASC şirkəti Korporativ Bank kanalları üzrə mütəxəssis/baş mütəxəssis vakansiyası elan edir.

Vəzifə və öhdəliklər:
• Cəmiyyət tərəfindən satışlar üzrə qəbul edilmiş korporativ strategiyasına müvafiq qaydada fəaliyyətin təmin edilməsi;
• Satış imkanlarını araşdırılmaları, habelə faktiki satış həcmləri ilə müəyyən olunmuş planın və keçən ilin analoji müddətinin müqayisəli təhlilinin aparılması, illik büdcənin və məsul olduğu partnyorlar üzrə satış üçün planlaşdırılan həcmlərin tərtib olunması məqsədi ilə tabe olduğu departamentə tələb olunan informasiyaların təqdim edilməsi və bu istiqamətdə departamentə yardımın göstərilməsi;
• Mövcud olan korporativ bank müştəri bazasının genişləndirilməsi və satış həcminin artırılması məqsədilə şirkət tərəfindən təqdim olunan sığorta məhsullarının və xidmətlərinin irəliləyişi üzərində işləmək;
• Bank, bank olmayan kredit təşkilatı və lizinqlər ilə mütəmadi görüşlər keçirərək, “PAŞA Sığorta” ASC-nin bank sığorta məhsullarının satışını həyata keçirmək;
• Gündəlik satış barədə müvafiq hesabat formasını birbaşa rəhbərə təqdim etmək;
• Şirkətə müraciət edən müştərilərə informasiya dəstəyinin göstərilməsi ilə keyfiyyətli xidmət göstərilməsi;
• Korporativ bank müştərilərinə xidmət edilməsi, müştəri tələbatına uyğun olaraq müvafiq sığorta növləri üzrə şəhadətnamələr yazılması;
• Hər bir korporativ müştəri üzrə sığorta şəhadətnaməsinin yenilənməsi barədə məlumatları və müvafiq müştərilərlə əlaqəli digər komunikasiyaları özündə əks etdirən ayrıca faylların yaradılması və onlara nəzarət edilməsi.

Namizədə tələblər

• Ali təhsil, biznes və ya marketinq sahəsində təhsilə üstünlük verilir;
• Dil bilikləri: Azərbaycan və rus dillərinin sərbəst biliklər, işgüzar ingilis dili biliyinə üstünlük verilir;
• MS Office proqram təminatı paketi xüsusi ilə də MS Exceldə sərbəst işləmək bacarığı;
• Ünsiyyət qurmaq bacarığı;
• Dəqiqlik;
• Analitik düşüncə;
• Komanda ilə işləmək bacarığı;
• Təklif olunan məhsulu satmaq və tanıtmaq bacarığı.
Təcrübə:
Müştəri xidmətləri sahəsində minimum 3 il iş təcrübəsi;
Sığorta sahəsində, bank sahəsində və müvafiq sertifikasiya üzrə iş təcrübəsinə üstünlük verilir.
Son müraciət tarixi: 31 may 2024

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını mövzu bölməsində qeyd etməklə CV-nizi e-mail ünvanına göndərin.


E-mail:recruitment@pasha-insurance.az / info@finstaff.az