İş barədə məlumat
• Mal-materiallara dair alış sənədlərinin işlənməsini təmin etmək, mal-materialların qiymət və say göstəricilərinin alqı-satqı müqaviləsinə, təchizatçılara sifariş sənədlərinə uyğun olub-olmamasını yoxlamaq, uyğunsuzluq halları aşkar olunduqda, onların aradan qaldırılmasını tələb və təmin etmək;
• 1 C 8.3 proqramında sənədlərin formalaşdırılması: malların və materialların hərəkəti;
• Mal-materialların alışı, yerdəyişməsi, geri qaytarılması, komplektləşdirilməsi və silinməsi ilə bağlı sənədləşmə işlərinin müvafiq qanunvericilik aktlarına və mühasibat uçotu standartlarına uyğunluğunu yoxlamaq;
• Hesab və elektron qaimə-fakturalarının yoxlanılması;
• Anbar qaiməsi və elektron qaimə-fakturalarının arasındakı fərqin yoxlanılması;
• Kreditorlarla üzləşmələrin aparılması;
• Əsas vəsaitlərin, mal-materialların inventarizasiyası prosesində fəal iştirak edilməsi, inventarizasiya üzrə cədvəllərdə uçot və faktiki miqdar-məbləğ olmaqla, habelə kənarlaşma miqdarı və məbləğini hesablanmasının həyata keçirilməsi.
İş Şərtləri:
Ə/H namizədin təcrübəsinə əsasən dəyişiləcəkdir.
5 günlük iş həftəsi (saat 10:00-19:00)
Rabitə xərcləri şirkət tərəfindən ödənilir.
İş yeri şəhərin mərkəzində yerləşir.
İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.