İş barədə məlumat
• Cəmiyyətin Mühasibat uçotunu aparır, o cümlədən baş kitabın və mühasibat balansının tərtib olunaraq baş idarəyə təqdim edilməsində iştirak edir;
• Dövlət büdcəsinə vergilərin və Dövlət Sosial Müdafiə Fonduna ayırmaların hesablanmasını və ödənişini təmin edir;
• Mühasibat yazılışlarının gündəlik kompyuterə işlənilməsini və mühasibat uçotunun tam olaraq “1 C” proqram təminatında əks etdirilməsini təmin edir;
• Cəmiyyətin əmtəə mal-materialların hesabatını hazırlayır;
• Dövlət büdcəsinə ödənişlərin hesablanması və köçürülməsi, vergilər üzrə hesabatların tərtib və təqdim edir (rüblük, illik, MÖMV və ÖMV bəyannaməsinin);
• Dövlət sosial fonduna sosial ayırmaların hesablanması, köçürülməsi və hesabatları təqdim edir (Rüblük, illik - B1və B3 hesabatları);
• Dövlət Statistika İdarəsinə hesabataları təqdim edir (Aylıq və illik, 4 əmək, 1 istehsal illik);
• Gündəlik sürücülərin təmir, cərimə aktlarını və sair borclarını işləyir;
• Gündəlik təqdimatlara əsasən sürücülərdən azalmaların hesabatını hazırlayır;
• Gündəlik bank hesablarına mədaxil və məxaric olan ödəmələrin kompüter proqramına daxil edir;
• Pul vəsaitlərinin əmtəə-maddi qiymətlərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirir;
• Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, əməkdaşların əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasını, vergi və digər ödənişlər üzrə köçürmələri həyata keçirir;
• Sığorta şirkətləri ilə hesablaşmaların və daxil olan pul vəsaitlərinin uçotunun aparır;
• Qanunvericiliklə müəyyən olunmuş müddətlərdə cəmiyyətin balansında olan əsas vəsaitlərin, öhdəliklərin, hesablaşmaların və sair maddi sərvətlərin invertarizasiyanın aparılmasını təşkil edir;
• Mədaxil olan və məxaric edilən nəğd pul vəsaitinin uçotunu, müvafiq mühasibat uçotu hesabları üzrə əks etdirilməsini təmin edir;
• Cəmiyyət tərəfindən alınmış mal-material qiymətlərinin mühasibat uçotu üzrə mədaxilə alınması və müvafiq qaydada məxaric edilməsi ilə bağlı müvafiq mühasibat müxabirləşmələrini verir.
İş şəraiti:
İş qrafiki: 6 günlük iş qrafiki
Əməkhaqqı müsabiqə əsasında müəyyən olunur.